Pizza Mizza MMC ailəsi, restoranlarımızın Çağrı Mərkəzi əməliyyatlarına rəhbərlik edəcək Çağrı Mərkəzi Rəhbəri axtarırıq. Çağrı Mərkəzi Rəhbəri, Pizza Mizza-nın müştəri xidmətləri və satış standartlarını qorumaq, müştəri məmnuniyyətini təmin etmək və departamentin fəaliyyətini səmərəli şəkildə təşkil etmək üçün məsuliyyət daşıyır.

Vəzifələr:

  • Çağrı Mərkəzi bölməsinin gündəlik əməliyyatlarını idarə etmək və səmərəli şəkildə təşkil etmək.
  • Müştərilərin zənglərinin peşəkar və nəzakətli şəkildə qəbul olunmasına və sifarişlərin düzgün şəkildə yerinə yetirilməsinə nəzarət etmək.
  • Çağrı Mərkəzi heyətinin bilik və bacarığının inkişaf etdirilməsi üçün təlim proqramlarını hazırlamaq və həyata keçirmək.
  • Təqdim edilmiş maliyyə və əməliyyat hədəflərinə çatmaq üçün işin təşkili və nəzarət.
  • Müştərilərdən daxil olan sifarişlərin düzgün qəbul edilməsi və yönləndirilməsinə nəzarət etmək.
  • WhatsApp və onlayn platformalar üzərindən sifarişlərin qəbul edilməsinə nəzarət etmək.
  • Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbul edilib, müvafiq şöbəyə yönləndirilməsinə nəzarət etmək.
  • Müştəri məmnuniyyətini təmin etmək üçün yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etmək.
  • Çağrı Mərkəzi vasitəsilə satışların düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək.
  • Müştərilərə məhsul, endirim, aksiya və yeni açılmış filiallar barədə dəqiq və ətraflı məlumatın təqdim edilməsinə nəzarət etmək.
  • Danışıq etikasına əsasən, daxil olan zənglərin cavablandırılmasına nəzarət etmək və zəruri hallarda icra etmək.
  • Zəruri olduğu halda zəng vasitəsilə sorğuların icra olunması.
  • Çağrı Mərkəzinin performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək.
  • Müvafiq hesabatların hazırlanması və rəhbərliyə məlumat verilməsi.
  • SOP-ların (Standard Operating Procedures) yerinə yetirilməsini təmin etmək və onları təkmilləşdirmək.
  • Bölmənin işini və işçilərin performansını ölçmək, analitik işlər aparmaq və müxtəlif hesabatlarla işləmək.
  • Bölmənin satış məqsədlərinə nail olmaq üçün strateji planlar hazırlamaq və həyata keçirmək.

Tələblər:

  • Müştəri xidməti və zəng mərkəzi idarəçiliyi sahəsində təcrübə.
  • Yüksək səviyyədə ünsiyyət və rəhbərlik bacarıqları.
  • Problem həll etmə qabiliyyəti və münaqişə idarəetmə bacarıqları.
  • Komandada işləmək və əməkdaşlarla effektiv əlaqə qurmaq bacarığı.
  • Dinamik və sürətli iş mühitində işləmək bacarığı.
  • Müştəri məmnuniyyətinə yönəlmişlik.
  • Fərqli növbələrdə işləmək bacarığı.

İş şəraiti:

  • Gənc və mehriban kollektivdə iş
  • İş vaxtı 6 günlük
  • Əmək haqqı müsahibə əsasında.
  • Nahar şirkət tərəfindən aylıq ödənilir.
  • Əmək haqqı namizədin təcrübəsinə əsasən, müsahibə zamanı təyin olunacaq. 

Maraqlananlar CV-lərini “Çağrı mərkəzinin rəhbəri” başlığı altında  elektron ünvanına göndərə bilərlər. 

Əmək Haqqı

Razılıq əsasında

Aylıq based

Məkan

Bakı,,,Azərbaycan

İşə Baxış
İş Paylaşıldı:
9 ay əvvəl
İş Tipi
Full Time
İş Rolu
Komanda Başçısı
Təhsil
Ali Məktəb
Təcrübə
2+ İl
Ümumi Vakansiyalar
1

Bu Elanı Paylaşın:

Məkan

Bakı,,,Azərbaycan