Təşkilat daxili müqavilələri (kredit, əməkdaşlıq və digər) hazırlayır, onların reyestrini həyata keçirir və daim təkmilləşdirilməsini həyata keçirir;
Daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak edir;
Vəzifələrin icrası ilə bağlı təşkilata daxil olan bütün hüquqi sorğuların cavablandırılmasını təmin edir;
Təşkilatın tərəf olduğu müqavilələrin hüquqi ekspertizasını həyata keçirir və viza verir;
Təşkilat tərəfindən verilən etibarnamələrin hüquqi əsasını yoxlayaraq ümumi nəzarəti həyata keçirir;
Bütün struktur bölmələrinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasını həyata keçirir;
Təşkilatın ümumi fəaliyyətində hüquqi risklərin idarə edilməsini təmin edir;
Dövlət orqanlarına tələb olunan sənədlərin təqdim edilməsini həyata keçirir (sənədlərin yoxlanması, tərtib və təhvili);
Əməkdaşlara dövlət və icra orqanlarında, notariuslarda təşkilatın təmsil edilməsi ilə bağlı etibarnamələrin hazırlanması və verilməsini həyata keçirir;
Məhkəmədə iddia qaldırılması məqsədilə zəruri iş materiallarını toplayır, onların təhlilini aparır və məhkəməyə təqdim edir;
Məhkəmənin qətnaməsi və digər qərarları ilə razılaşmadıqda apellyasiya şikayətlərini hazırlayır və müvafiq sənədlərin aidiyyəti üzrə göndərilməsini təşkil edir.
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayır.